26 mart 2025 22:22
277

İnam işığı

Zaman-zaman dünyanın düşüncələrində Azərbaycan gerçəklikləri də olub. Bu düşüncələri bəzi dövlətlər ehtiramla yaşadıb, bəzi dövlətlər qərəzliklə. Siyasəti bəşərilikdən uzaq düşən belə dövlətlər unududb ki, “su axan arxdan bir də axır”. Azər­baycan dünyəvi millət kimi həmişə dövlətçiliyinin cəfa­ke­şi olub. İyirminci əsrin əvvəllərində siyasi burulğan olsa da, xalqın mübarizə ruhu bu burulğana mərd­lik­lə sinə gərdi. Əzmlə, qətiyyətlə, dönməzliklə bu müba­rizəni dövlətçiliyinin bər­pa­sına kimi davam etdirdi.

Ermənilik azərbaycançılıq qarşısında həmişə cılız görünüb. O illərdə zaman er­məniliyin zamanı idi, ermənilik imperiyanın kölgəsinə sığınmışdı. Bu səbəbdən də azərbaycanlılara qarşı milli qarşıdurmanı dövlət siyasətinə çevirirdi. Həmin illərdə Er­mənistanda yaşayan azərbaycanlıları ev-eşiyindən qovur, azərbaycanlılar yaşayan kəndlərdə talanlar törədir, əhalini öldürür, şərləyib həbsə salırdı. Bunlar dövlət sə­viy­yəsində həyata keçirilən deportasiya siyasətinin tərkib hissələri idi.

Qərbi Azərbaycan belə siyasi sıxıntılar yaşayıırdı...

Levon Ter-Petrosyan 1993-cü ildə Ermənistanın və Qarabağın yad millətlər­dən təmizlənməsi konsepsiyasının dövlət siyasəti olduğunu nəinki etiraf edirdi, hətta bunu dövlətin və millətin ən böyük tarixi qələbəsi bilirdi. Bu siyasət sonralar da da­vam etdirildi. Ermənistan əvvəl azərbaycanlıları deportasiya etdi, Moskva dillən­mə­di, Azərbaycana qarşı elan etmədən müharibəyə başladı, Moskva dillən­mə­di. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi qələbələri ilə davam edəndə Mosk­va üçtərəfli Bəyanat imzalanmasına nail oldu. Zəngəzur dəhlizinin açıl­ması da bu Bəyanatla təsbit edilib. Qərbi Azərbaycan icması bu baxımdan tam hüquqi müba­ri­zə aparır. İcmanın siyasi mübarizəsi bəşəri qanunlarla tam səsləşir.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev bununla əlaqədar deyirdi: “İndiki Ermə­nistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keç­mişdir. 1918-ci ildə Azər­baycan Respublikasının ərazisi 114 min kvadratkilo­metr olub. İndi isə 86 min kvad­ratkilometrdir. Bir sözlə, tarixə müraciət etməli olsaq, on­da görərik ki, Ermə­nis­tan Azər­baycana çox şey qaytarmalıdır. Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razı­la­şa bilmərik”.

Qərbi Azərbaycan icmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində Qərbi azərbaycanlılarla bağlı etdiyi fikirlərə dair bəyanatında qeyd olunub ki, biz Ermənistan hökumətindən Qərbi azərbaycanlıların deportasi­ya­sına görə üzr istəməyi, Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağı, qayıdışa şə­rait yaratmağı, Azərbaycan xalqına məxsus olan mədəni irsin dağıdılması və təhrif edilməsi siyasətinə son qoymağı, silahlanmanı dayandırmağı, üzərinə götürdüyü öhdəliklərinə uyğun şəkildə kommunikasiya xətlə­ri­ni açmağı tələb edirik.

Qərbi Azərbaycan icması kimi tanınan bu siyasi struktur mahiyyəti baxımından azərbaycançılıq ideologiyasını yaşadan, düşüncələrdən tarixə köçürmək uğrunda mü­barizə aparan birlikdir. Bu birliyin tərkibi genişdən də genişdir.

İcmanın 2024-cü ilin noyabr bəyanatında qeyd edilirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbi Azərbaycan məsələsi və uydurma "Qərbi Ermənistan" anlayışı arasında paralel aparmaq cəhdi qəbuledilməzdir. Bu, ciddi siyasi bəyanat kimi Ermənistan dövlətinin xarici siyasətinə müəyyən təsir göstərdi.

Dövlət başçısı 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən bəyan edib: "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. ... Bunu deməyə əsas verən bir çox amillər var. Onlar­dan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır".

Bunlar Qərbi Azərbaycana qayıdışı şərtləndirən işıqdır, Qərbi Azərbay­can­lı­la­rın ümidinə inam işığıdır...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı