27 mart 2025 19:34
214

Rusiyanın ən varlı iş adamlarından biri həbs olundu

Rusiyanın ən zəngin iş adamlarından biri, “Rusaqro” şirkətinin təsisçisi Vadim Moşkoviç “külli miqdarda dələduzluq”da şübhəli bilinərək həbs edilib.

İki sahil” xəbər verir ki, Rusiyanın ən varlı iş adamları arasında 2,7 milyard dollara yaxın sərvətlə yer alan Moşkoviçin işinə paytaxt Moskvanın Meşçanski məhkəməsində baxılıb.

Külli miqdarda dələduzluqda ittiham olunan Moşkoviç ona qarşı irəli sürülən ittihamları rədd etsə də, məhkəmə onun 2 ay müddətinə həbs olunmasına qərar verib.

Rusiyanın ən böyük kənd təsərrüfatı şirkətlərindən biri olan “Rusaqro”nun təsisçisi Moşkoviç Qərb ölkələrinin sanksiyalarından sonra şirkətdəki payını 50 faizdən aşağı salıb.

Rusiya mətbuatında yer alan xəbərlərə görə, Moşkoviç “Solneçniye Produkti” adlı şirkətin satın alınması zamanı 30 milyard rubla yaxın (təxminən 356 milyon dollar) dələduzluqda ittiham olunur.

Hadisənin ardınca Moskva birjasında satılan “Rusaqro”nun səhmləri dünən 19,5 faiz, bu gün isə 14 faiz dəyər itirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”