Türkiyədə hər dörd nəfərdən biri artıq çəkidən əziyyət çəkir.
“İki sahil” “Habertürk”ə istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kamal Memişoğlu deyib.
O, həmçinin qeyd edib ki, Türkiyədə əhalinin 1/3-dən çoxu tütün məhsullarından istifadə edir: “Uşaqlarımızın bir çoxu kompüter, telefon və internetdən asılı vəziyyətə düşüb”.
Nazir insanları idmanla məşğul olmağa çağırıb: “İdman vacibdir. Hər gün idmanla məşğul olmalıyıq”.