28 mart 2025 07:58
172

Tramp Ağ evdə ənənəvi iftar süfrəsinə qatılıb

ABŞ Prezidenti Donald Tramp Ağ evdə ənənəvi iftar süfrəsinə qatılıb.

“İki sahil” xəbər verir ki,  o, çıxışı zamanı 2024-cü il prezident seçkilərindəki dəstəyə görə amerikalı müsəlmanlara təşəkkür edib. Tramp bildirib ki, administrasiyası müsəlman icmasına verdiyi sözü tutur: “Mənim administrasiyam Abraham razılaşmalarına əsasən Yaxın Şərqdə davamlı sülh yaratmaq üçün amansız diplomatiya ilə məşğuldur. Hər kəs bunun qeyri-mümkün olduğunu söyləyirdi. İndi biz onları icra etməyə başlayacağıq”,- deyə Tramp bildirib. O, yeganə istəyinin sülh olduğunu əlavə edib.