May ayında Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının medalları təqdim olunub.
“İki sahil” xəbər verir ki, xüsusi dizaynla hazırlanmış medalların üzərində mundialın loqotipi həkk olunub. Xüsusi materiallardan hazırlanan medallar öz keyfiyyəti ilə seçilir.
Qeyd edək ki, paytaxtımızda təşkil olunacaq dünya çempionatı mayın 21-dən iyunun 1-dək keçiriləcək.
Oyunlar Milli Gimnastika Arenasında olacaq.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib