28 mart 2025 17:47
192

Qazaxıstanda ikinci zəlzələ qeydə alınıb

Qazaxıstanın cənubunda daha bir zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında bildirilib.

"Martın 28-i yerli vaxtla saat 15:56-da 5,1 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin dərinliyi 10 km olub", - məlumatda qeyd edilib.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən əlavə ediblər ki, zəlzələnin episentri Qırğızıstan ərazisində yerləşir.

Xəsarət alan və dağıntılar barədə məlumat daxil olmayıb.

Birinci zəlzələ martın 27-dən 28-nə keçən gecə baş verib.