Çoxsahəli əməkdaşlıq vasitəsilə Pakistan-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi Pakistan hökumətinin əsas prioritetlərindən biri olaraq qalır.
“İki sahil” xəbər verir ki, bu barədə Pakistan Baş nazirinin müavini və xarici işlər naziri, senator Məhəmməd İshaq Dar İslamabadda keçirilən Azərbaycanla investisiya layihələri təklifləri üzrə nazirlərarası görüşdə çıxışında bildirib.
İclasda kommunikasiya naziri, İnvestisiyalar üzrə Xüsusi Şuranın (SIFC) milli koordinatoru, Maliyyə, Neft, Daxili İşlər, Səhiyyə, Ticarət və Milli Avtomobil Yolları İdarəsi üzrə Federal nazirləri, o cümlədən Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri iştirak ediblər.
Forumda müxtəlif istiqamətlərdə üzrə işlərin gedişatı barədə məlumat verilib. Baş nazirin müavini infrastruktur, neft sənayesi, ticarət və informasiya texnologiyaları sahələrinə investisiya qoyuluşu ilə bağlı təkliflərin hazırlanmasını 2025-ci il aprelin 3-dək tamamlamağı tapşırıb.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır