28 mart 2025 19:10
199

Karasin: Ər-Riyad görüşündə Çin və İrandan söz açılmayıb

Martın 24-də Ər-Riyadda keçirilən görüşdə Rusiya və Amerika nümayəndə heyətləri Çin və İranla bağlı məsələləri müzakirə etməyiblər.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədri və Rusiya nümayəndə heyətinin üzvlərindən biri Qriqori Karasin “Rossiya-24” telekanalına müsahibəsində bildirib.

Senator məsələ ilə bağlı suala cavabında “Çinin adı çəkilməyib” deyib. O əlavə edib ki, Rusiya və ABŞ ekspertləri də görüşdə İran məsələsini qaldırmayıblar:

“Biz İran məsələsini müzakirə etməmişik. Bizim Tehranla əla, aktiv, inamlı münasibətlərimiz var. Onlar hər il inkişaf edir. Bəzi Qərb praktiklərinin və nəzəriyyəçilərinin İranın nüvə mövzusu ilə qorxuya düşmək ideyası da süni şəkildə uydurulub, çünki İran NSYM (Nüvə Silahlarının Yayılmaması Müqaviləsi – Qeyd) üzrə konvensiyanı imzalayıb. Bu, şəffaf deyil”.