Harri Potter haqqında filmlərin çəkildiyi ev 995 min funt sterlinqə satışa çıxarılıb.
AZƏRTAC “RİA-Novosti”yə istinadla xəbər verir ki, real həyatda de Verlərin evi adlanan tikili Suffolk qraflığında orta əsrlərə aid Lavenem kəndində yerləşir. De Verlər ailəsi İngiltərədə kraldan sonra ən varlı ailə sayılırdı. Məlumata görə, Kral Henrix 1498-ci ildə ova çıxan zaman bu evdə olub.