Gürcüstan hökuməti Rusiyadan un, arpa və kəpək idxalına tətbiq edilən müvəqqəti rüsumun müddətini qeyri-müəyyən müddətə uzadıb.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyasından məlumat verilib.
Bildirilib ki, taxıl məhsuluna tələbat olmadığından onu satmaqda problem yaşayan gürcü fermerlərinə dəstək məqsədilə Gürcüstan 2023-cü ilin yayından un, arpa və kəpək idxalına müvəqqəti rüsum tətbiq edib və bu müddət bir neçə dəfə uzadılıb.
Qeyd edək ki, əvvəlcə unun idxalına tətbiq olunan rüsum 2023-cü il noyabrın 1-dək qüvvədə idi, sonra isə 2024-cü il sentyabrın 1-dək uzadıldı. Sonuncu qərara əsasən rüsum tətbiqi 2025-ci il aprelin 1-dək uzadılmışdı.