Azərbaycanın Kaliforniya ştatının Los-Anceles şəhərindəki baş konsulu Vüqar Qurbanov Arizona ştatının yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkədəki səhifəsində məlumat yayıb.
“Dövlət və Beynəlxalq Əlaqələr Komitəsinin sədri Toni Rivero və Arizona Nümayəndələr Palatasının nümayəndəsi Castin Uilmetlə görüşməkdən məmnunam”, - deyən azərbaycanlı diplomat mühüm məsələləri müzakirə etmək imkanına görə dövlət rəsmilərinə minnətdarlığını bildirib.
Baş konsul eyn zamanda ştatın Dövlət katibi (Vitse-qubernatorun oxşarı - Qeyd) Adrian Fontes ilə də görüşüb: “Mənalı görüşə və gözəl müzakirəyə görə təşəkkür edirəm. Biz Azərbaycan və Arizona arasında daha sıx tərəfdaşlıq gözləyirik”.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır