29 mart 2025 12:57
206

Mağazadan aldığı geyimin ödənişini etməyib satıcını hədələyən gənc saxlanılıb

Mağazadan aldığı geyimin ödənişini etməyib satıcını hədələyən gənc saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonu ərazisində yerləşən mağazaların birində naməlum şəxsin oradan götürdüyü geyimlərə görə ödəniş etməməsi və satıcını kəsici-deşici alətlə hədələməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları quldurluq əməlini törətməkdə şübhəli bilinən 18 yaşlı S.Həmidovu saxlayıb.

Faktla bağlı araşdırma aparılır.