Bakıda kolonializmlə mübarizəyə həsr olunan sərgi təşkil edilib.
“İki sahil” xəbər verir ki, sərgi Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə paytaxtda keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans çərçivəsində baş tutub.
Sərgidə müstəmləkəçiliyin tarixi, bundan əziyyət çəkən ərazilərdəki problemlər, həmin xalqların mübarizəsi və bununla əlaqədar qarşılaşdıqları çətinliklər əks olunub.
Bundan başqa, sərgidə kolonializmlə mübarizə zamanı həbsə məruz qalan siyasi məhbusların fotoları nümayiş etdirilib.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb