Sudan Respublikasının Azərbaycandakı səfirliyində Ramazan bayramı münasibətilə görüş keçirilib.
Səfirlikdən “İki sahil”ə verilən məlumata görə, tədbirə Sudan icmasının üzvləri və Azərbaycan universitetlərində təhsil alan sudanlı tələbələr də qatılıblar.
Sudanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mustafa Abdel Halim Mahmud iştirakçıları Ramazan bayramı, eləcə də Sudan Silahlı Qüvvələrinin qazandığı böyük qələbələr və bu yaxınlarda paytaxt Xartumun azad edilməsi münasibətilə təbrik edib. O, Sudanda hərbi əməliyyatların sona yaxınlaşdığını bildirib.
Görüş zamanı Sudan-Azərbaycan əlaqələri yüksək qiymətləndirilib, iki qardaş xalqın mənafeyinə xidmət etmək üçün bu münasibətlərin bütün sahələrdə irəliləməsi və inkişaf etdirilməsi üçün səylərin göstərildiyi qeyd edilib.
Müvəqqəti işlər vəkili, həmçinin Azərbaycanın davamlı inkişaf və yenidənqurma sahəsində uğurlu təcrübəsini yüksək qiymətləndirərək, Sudanın bundan bəhrələnəcəyini vurğulayıb.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır