30 mart 2025 18:01
196

Myanmada zəlzələdən sonra Tailandda 168 yeraltı təkan qeydə alınıb

Tailandın Meteorologiya İdarəsi Myanmada baş verən zəlzələdən sonra 168 yeraltı təkan qeydə alıb.

“İki sahil” xəbər verir ki, yeraltı təkanların maqnitudası 1-7, əksər hallarda isə 5-dən az olub.

Xatırladaq ki, Myanmada martın 28-də güclü zəlzələ baş verib. Tailand Meteorologiya İdarəsinin məlumatına görə, yeraltı təkanların maqnitudası 8,2 olub. Təbii fəlakət nəticəsində ölənlərin sayı 1 700-ü ötüb.

Güclü təkanlar Tailandın paytaxtı Banqkok və onun ətraflarında, həmçinin krallığın şimal, şimal-şərq, mərkəzi və cənub bölgələrində hiss olunub. Tailand səlahiyyətliləri ölkəni silkələyən zəlzələni dörddə üç səviyyə ilə qiymətləndirib. Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 17-yə çatıb, 32 nəfər yaralanıb, 83-ü itkin düşüb.