Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi yaradılmasının 40-cı ildönümü münasibətilə 16 nominasiya üzrə mükafat təsis edib.
“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a vəqfin rəhbəri Akkan Suver bildirib.
O qeyd edib ki, vəqfin əbədiyyətə qovuşan üzvlərinin və könüllülərinin adlarının yaşadılması məqsədi daşıyan nominasiyalar arasında Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin xatirəsinə “Türk Dünyası Mükafatı” da var. Ümummilli Liderimizin adına həsr edilən mükafata Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Nobel mükafatı laureatı, dünyaşöhrətli alim Aziz Sancar layiq görülüb.
Mükafatlar “Süleyman Dəmirəl-Demokratiya”, “Zhelyu Zhelev-Fəlsəfə”, “Erhard Busek-İdarəçilik”, “Bernard Levis-Tarix”, “Corc Maroviç-Mədəniyyətlərarası Dialiq”, “Şahap Kocatopçu-İxracat”, “Hüsamettin Kavi-Sənaye”, “Jak Kamhi-Sevgi və Sülh”, “Ahmet Samsunlu- Ətraf Mühit”, “Yüksel Çengel-Siyasət”, “Ogan Soysal-Xarici İşlər”, “Yalçın Sönməz-Sənaye Bölgəsi”, “Orsçelik Balkan-Yaradıcı Düşüncə”, “Sami Kohen-Media” və “Hadi Türkmen-Əngəlsiz Həyat” nominasiyaları üzrə hazırlanıb.
Bu il mayın 6-dan 8-dək keçiriləcək 28-ci Avrasiya İqtisadi Zirvəsində mükafatlar sahiblərinə təqdim ediləcək.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır