Diplomatik korrespondensiyanın daşınması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.
“İki sahil” xəbər verir ki, Milli Məclis bununla bağlı “Feldyeger rabitəsi haqqında” qanuna dəyişikliyi bugünkü plenar iclasda üçüncü oxunuşda müzakirə edib.
Qeyd edilib ki, qanun layihəsində iki dəyişiklik (mahiyyətcə və texniki xarakterli) nəzərdə tutulur.
Yeni məzmunda təklif olunan 3.2-ci maddə ilə müvafiq icra hakimiyyəti orqanı diplomatik korrespondensiyanın daşınması qaydasını müəyyən edən orqan kimi təsbit edilir. İkinci dəyişiklik isə qanunvericilik texnikası baxımından edilən dəyişiklikdir.
Layihə müzakirələrdən sonra son oxunuşda qəbul olunub.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır