01 aprel 2025 14:51
230

Özbəkistanın Turan Beynəlxalq Universitetinin rektoru BANM-da olub

Özbəkistanın Turan Beynəlxalq Universitetinin təsisçisi və rektoru Əhədxon Nəcmitdinov SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.

“İki sahil” xəbər verir ki, səfər çərçivəsində BANM rektoru Elmar Qasımovla görüşüb.

Görüşdə iki ali təhsil müəssisəsi arasında tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə tədqiqatların və akademik proqramların həyata keçirilməsi, ikili dərəcə proqramları, eləcə də qısa təhsil proqramları və yay məktəblərinin təşkili müzakirə edilib.