01 aprel 2025 18:17
178

ABŞ Rusiyanın əksər şərtləri ilə razılaşa bilər - Skott Ritter

ABŞ Ukraynadakı münaqişənin həlli üçün Rusiyanın əksər şərtləri ilə razılaşa bilər.

“İki sahil” "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu amerikalı analitik Skott Ritter bildirib.

“Bu, Avropa üçün, Ukrayna üçün isə pis xəbərdir – ABŞ Rusiyanın bütün şərtləri ilə olmasa da, əksəriyyəti ilə razılaşacaq”, - deyə, Ritter qeyd edib.

Təhlilçi belə addımların döyüş meydanındakı qüvvələrin faktiki vəziyyəti ilə bağlı olduğunu izah edib.

O, həmçinin vurğulayıb ki, Ukrayna münaqişəsinin nizamlanması məsələsində son söz Kiyev və Brüsseli “bu oyunu oynamağa” məcbur edən ABŞ hökumətində qalır.