Abşeronda hündürlükdən yıxılan 65 yaşlı qadın ölüb.
“İki sahil” xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
1960-cı il təvəllüdlü Həmidə Nəcəf qızı Quliyeva ehtiyatsızlıq nəticəsində 7-ci mərtəbədən yıxılıb.
O hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.