Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin rəsmi qarşılanma mərasimi olub.
“İki sahil” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Almaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri və birinci xanım Elke Büdenbenderi qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Almaniya Prezidentinə raport verdi.
Almaniya Federativ Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB