Qarşıdakı dövrdə Zəngəzur dəhlizinin reallaşdırılması tərəfdaş dövlətləri, o cümlədən Azərbaycan və Çini bir araya gətirərək, əməkdaşlığın gücləndirilməsinə imkan verəcək.
“İki sahil” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov "Azərbaycan – Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi" mövzusunda konfransda deyib.
O qeyd edib ki, qlobal problemlərin artdığı şəraitdə milli maraqlara hörmət və ədalət prinsiplərinə əsaslanan yeni əməkdaşlıq modelinin formalaşması üçün Qlobal Cənub ilə Qlobal Şimalın konstruktiv işbirliyi məsələsi aktual çağırış kimi qarşıda dayanır:
"İstər Azərbaycan, istərsə də Çin çoxqütblü siyasi nizamın tərəfdarı kimi beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradan hallara qarşı barışmaz mövqe sərgiləyərək müstəqil, qətiyyətli və konstruktiv siyasət həyata keçirməklə qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edirlər.
Yeni reallıqlar fonunda həmrəylik nümayiş etdirərək dünyada bərabərsizlik, təcridetmə və haqsız rəqabət kimi problemlərin əhəmiyyətli dərəcədə həllinə nail olmaqla bəşəriyyətin sağlam və xoşbəxt gələcəyi üçün etibarlı zəmin formalaşdıra bilərik".
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir