Bakı Ali Neft Məktəbinin (BANM) İngilis dili və humanitar fənlər mərkəzinin müəllimləri “British Council”un təlim kursunu uğurla başa vurublar. Bu münasibətlə sertifikatların təqdimetmə mərasimi baş tutub.
“İki sahil” xəbər verir ki, tədbirdə BANM-ın rektoru Elmar Qasımov, “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva və imtahanlar üzrə meneceri Nərgiz Əkbərova iştirak ediblər.
Tədbirdə BANM və “British Council” arasındakı əməkdaşlıq əlaqələrindən danışılıb. Qeyd olunub ki, BANM IELTS imtahanlarının təşkilinə görə “British Council”un qızıl partnyoru statusunu daşıyır.
Sonda təlimdə iştirak edən BANM-in 16 müəlliminə sertifikatlar təqdim edilib. Təlimçi isə Ali Məktəbin baş müəllimi Nurlana İmanova olub.
Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib
“Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR-ın Baa3 investisiya oluna bilən kredit reytinqini yenidən təsdiqləyib