Azərbaycanla Yunanıstanın baxışları üst-üstə düşür və ikitərəfli münasibətlər böyük potensiala malikdir.
“İki sahil” xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyinin Baş katibi Dimitris Skalkos bu ölkənin Milli Günü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda danışıb.
O qeyd edib ki, Yunanıstan dialoq, dostluq, yaxşı qonşuluq münasibətləri və beynəlxalq hüquq əsasında mübahisələrin sülh yolu ilə həlli prinsipinə sadiqdir:
“Bu prinsiplər və dəyərlər bu gün və sabah dünyada bizim yol göstəricimizdir. Məhz bu prinsipləri və dəyərləri Yunanıstan 2025-2026-cı illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi müdafiə edir. Gələcəkdə bizi gözləyən çoxsaylı əməkdaşlıqlar var. Bu məqamda mən xüsusilə xarici işlər naziri Ceyhun Bayramova, eləcə də Prezidentin köməkçisi Hikmət Hacıyevə səfirliyimizlə mükəmməl əməkdaşlığa görə dərin minnətdarlığımı bildirirəm”.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir