Bu gün Azərbaycan təbii qazı 12 ölkəyə çatdırır. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvləridir.
“İki sahil” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında söyləyib.
“Bizim qaz təchizatımızın Avropadakı coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki biz artıq qazpaylama şəbəkəsinin yaradılmasında bəzi Avropa ölkələrində işləyirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir. Azərbaycan bunu etməyi planlaşdırır. Beləliklə, bizim qaz təchizatının coğrafiyası birmənalı olaraq genişlənəcək”.
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB