Biz əmin olmalıyıq ki, Avropada bizim təbii qaza ehtiyac olacaqdır. Yəni, biz əmin olmalıyıq ki, bir neçə il üçün bazar olacaq.
“İki sahil” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında deyib.
Dövlətimizin başçısı əlavə edib: “Əgər bizdə belə bir təminat olmasa, onda investor sərmayə yatırmayacaq, ölkələr sərmayə yatırmayacaq. Beləliklə, təbii qazın böyük bir qıtlığı yaranacaq. Bizim ehtiyatlar məlumdur. Biz yeni yataqlardan hasilatın başlamasını gözləyirik”.
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB