Abşeron rayonu, Qobu qəsəbəsinin bir hissəsində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Bu barədə “İki sahil"ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qəsəbədə ötən gün avtoqəza nəticəsində qaz xətti yararsız hala düşüb. Bu səbəbdən aprelin 3-də saat 23:30-dan etibarən qaz təchizatı dayandırılıb.
Hazırda təmir-bərpa işləri aparılır.
Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib
“Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR-ın Baa3 investisiya oluna bilən kredit reytinqini yenidən təsdiqləyib