Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.
“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əlaqələrin genişləndirilməsi, o cümlədən hidrokarbonatlar və elektrik enerjisi sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, bunun gələcəkdə daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğu qeyd edildi. SOCAR ilə Türk Petrolları və BOTAŞ arasında əməkdaşlıq müsbət qiymətləndirildi, bu birgə fəaliyyətin gələcəkdə Azərbaycan, Türkiyə və digər ölkələrdə həyata keçirilməsi məsələsi müzakirə olundu. Elektrik enerjisinin ixracı məsələsinə toxunuldu bu xüsusda SOCAR-ın artıq Türkiyəyə satışlar həyata keçirdiyi vurğulandı.
Bu gün “AzərEnerji” ASC ilə Türkiyənin Elektrik Ötürülməsi Anonim Şirkəti (TEİAŞ) arasında Naxçıvandan 75 meqavat həcmində elektrik enerjisinin ixracı ilə bağlı imzalanacaq sənədin əhəmiyyəti qeyd edildi, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı memorandumun imzalanacağı bildirildi.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir