Azərbaycan cüdoçuları Polşanın Poznan şəhərində davam edən gənclər arasında Avropa Kubokunun ilk günündə 2 qızıl və 2 bürünc medal qazanıblar.
“İki sahil” xəbər verir ki, Fərid Qarayev (60 kq) və Məhəmməd Musayev (66 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürüsünün ən yüksək pilləsinə qalxıblar.
Nihad Məmişov (60 kq) və Əbil Yusubov (73 kq) isə bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, hazırda yığma 4 medalla ümumi sıralamaya başçılıq edir. Turnirə 23 ölkədən 412 cüdoçu qatılıb.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir