Azərbaycanın sərbəst güləş komandası Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında uğurla çıxış edib.
“İki sahil” xəbər verir ki, komandamız yarışı 10 medalla başa vurub.
Son görüşlərdə Xəyal Şükürlü (68 kiloqram), Elvin Nəcəfzadə (75 kiloqram) və Tural Eynullayev (85 kiloqram) bürünc medallar qazanıblar.
Qeyd edək ki, daha əvvəl Elman İsmayılov (38 kiloqram) qızıl, İbrahim Həsənov (44 kiloqram) qızıl, Hüseyn Rzazadə (41 kiloqram) gümüş, Fərid Hüseynli (52 kiloqram) gümüş, Məhəmməd Həsənli (62 kiloqram) gümüş, Tamerlan Namazlı (48 kiloqram) bürünc, Elcan Həsənov (57 kiloqram) bürünc medallara yiyələniblər.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir