07 aprel 2025 10:00
141

Biləsuvarda ikimərtəbəli ev yanıb

Biləsuvar rayonunda ev yanıb.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Günəşli kəndində, Tağı Qasımova məxsus ümumi sahəsi 192 kvadratmetr olan taxta konstruksiyalardan ibarət ikimərtəbəli 6 otaqlı evdə qeydə alınıb.

Hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın söndürülərək ətrafa yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.