Vaşinqton Rusiya Silahlı Qüvvələrinin Ukraynanı bombalamağı dayandırmasını istəyir.
“İki sahil” xəbər verir ki, “Associated Press” agentliyinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında deyib.
ABŞ dövlət başçısı müharibədə böyük itkilərin olduğuna işarə edərək, vaxtilə prezident olsaydı, bunun qarşısını ala biləcəyini bir daha bəyan edib.
Bir müddət öncə, ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink Rusiyanın raket zərbəsi nəticəsində Kiyevdə güclü partlayış səslərinin eşidildiyini bildirib. Eyni zamanda, Ukraynanın digər şəhərlərinə raket hücumları barədə məlumatlar yayılır.
Qeyd edək ki, aprelin 6-da Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə irimiqyaslı raket zərbələri endirib. Hücumlar nəticəsində Kiyevin Darnits, Obolonsk və Solomensk rayonlarında yanğınlar başlayıb.