07 aprel 2025 19:51
115

Ədalət Verdiyev azadlığa buraxılıb

Bir müddət əvvəl həbs edilən tanınmış hərbi ekspert Ədalət Verdiyevin məhkəmə prosesi başa çatıb.

“İki sahil” xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə (dövlət sirrini yayma) təqsirli bilinib. O, 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Ona təyin olunmuş cəza CM-nin 70-ci maddəsinə uyğun olaraq 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub. Ə.Verdiyev məhkəmə zalından azadlığa buraxılıb.