08 aprel 2025 10:56
193

Yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda yeni xəbər portalı - “yurd.media” fəaliyyətə başlayıb. 

“İki sahil” xəbər verir ki, bu barədə portalın təsisçisi və baş redaktoru, jurnalist Murad Əliyev sosial şəbəkə hesabında məlumat paylaşıb. 

M.Əliyev bildirib ki, sayt bölgələrdən son xəbərləri çatdırmaqla yanaşı, regionların inkişafı ilə bağlı reportajlar, araşdırmalar təqdim etməyi hədəfləyir.