08 aprel 2025 18:55
377

AHİİTA daha bir federasiya ilə yeni əməkdaşlığa başlayır

Bu gün Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) inzibati binasında önəmli bir görüş baş tutub.

“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan Kikboksinq Federasiyasının birinci vitse-prezidenti və milli komandanın baş məşqçisi Elşən Abdulrəhimov iştirak edib.

Görüş zamanı AHİTA İB-nin  direktoru Tural Qasımov ilə Elşən Abdulrəhimov arasında qarşılıqlı əməkdaşlığın perspektivləri, birgə tədbirlərin təşkili və həmkarlar arasında idmanın, xüsusilə kikboksinqin inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Tural Qasımov bildirib ki, AHİTA olaraq idmanın yalnız peşəkar deyil, ictimai və həmkarlar səviyyəsində də inkişafına xüsusi önəm verilir. Bu əməkdaşlıq çərçivəsində həm təlim proqramları, həm də yarışların təşkili planlaşdırılır.

AHİTA idmanın bütün sahələrinin inkişafına dəstək verməyə davam edir.