09 aprel 2025 10:33
148

DİN vətəndaşlara çağırış edib

Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir. Kiberməkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamandan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar.

“İki sahil” xəbər verir ki,  Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, aprelin 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 20 min, 17 min, 16 min, 15 min, 7 min 800, 4 min 650, 2 min 538, 1006, 350, 500, 900, 850, 200, 107, 60, 56, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Nazirlik bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir. “Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, - deyə DİN-in vətəndaşlara çağırışında deyilir.