Biz hazırda Çin şirkətləri ilə fəal işləyirik və onları müxtəlif sahələrdə, xüsusilə yaşıl enerji sahəsində bizimlə strateji tərəfdaş olmağa dəvət edirik.
“İki sahil” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.
“Onların şirkətləri yaşıl ictimai nəqliyyat vasitələrinin istehsalında bizim tərəfdaşdırlar. Artıq bu il yeni avtobuslar istifadəyə veriləcəkdir və Günəş panelləri ki Azərbaycanda quraşdırılır, onlar Çin istehsalıdır. Eyni zamanda da biz bəzi Çin şirkətləri ilə də danışıqlar aparırıq ki, bilavasitə yaşıl enerji sahəsinə yatırımlar qoyulsun.
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək