09 aprel 2025 17:54
205

AFFA-nın baş katibi Fransada FIFA-nın azərbaycanlı rəsmisi ilə görüşüb

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Fransada işgüzar səfərdə olub.

“İki sahil” xəbər verir ki,  C.Fərəcullayev FIFA-nın Parisdə yerləşən ofisində bir sıra görüşlər keçirib.

O, tanışlıq çərçivəsində ali futbol qurumunun Avropa üzrə regional direktoru Elxan Məmmədov, Regional koordinatoru Marion Qavat, həmçinin FIFA-nın bəzi departament rəhbərləri ilə görüşüb.

Görüşlərdə Azərbaycanda futbolun inkişafı üzrə əməkdaşlıq imkanları, kütləviliyin və futbola marağın artırılması məsələləri müzakirə olunub. Eyni zamanda, baş katibə FIFA-nın müxtəlif proqramları haqqında məlumat verilib.