Qazaxıstan və Azərbaycanın Hərbi Dəniz Qüvvələri Aktauda "Xəzər küləyi-2025" təlimləri keçirəcək.
“İki sahil” Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Qazaxıstanın Hərbi Dəniz Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, 1-ci dərəcəli kapitan Kanat Niyazbekov və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, 1-ci dərəcəli kapitan Teymur Mürşüdov danışıqlar zamanı qarşıdakı təlimlərin detallarını müzakirə edib və razılaşdırıblar. Təlimlər Xəzər dənizinin Qazaxıstana aid hissəsində keçiriləcək. Gəmilər gəldikdən sonra təlim planı və xəritələrdə epizodların çəkilməsinin təfərrüatları dəqiqləşdiriləcək", - məlumatda deyilir.