Malayziyanın xarici işlər nazirinin müavini Datuk Mohamad Alamin aprelin 14-də Bakıya səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə “Report” mənbələrə istinadən xəbər verir.
Danışıqlar çərçivəsində tərəflər ikitərəfli münasibətlərin bütün spektrini - siyasi və iqtisadi münasibətlərdən konsulluq və humanitar məsələlərə qədər - iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsini müzakirə edəcəklər.
Qurumların nümayəndələri həmçinin aktual regional və qlobal məsələlər barədə fikir mübadiləsi aparacaq, tərəfdaşlığın inkişafına və müntəzəm məsləhətləşmələrin davam etdirilməsinə sadiqliklərini təsdiqləyəcəklər.
Məlumata görə, səfər aprelin 16-na kimi davam edəcək.
Səfər çərçivəsində o, Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovla birlikdə ikinci Malayziya-Azərbaycan siyasi məsləhətləşmələrə həmsədrlik edəcək.
"Bakıya səfər Malayziya-Azərbaycan münasibətlərinin müsbət dinamikasını əks etdirir. Bu münasibətlər isə yüksək səviyyəli səfərlər və mübadilələr hesabına güclənir. Bundan əlavə, ölkəyə səfər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsinə səy göstərildiyini nümayiş etdirir", - məlumatda bildirilib.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir