Prezident İlham Əliyevin aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
“İki sahil” xəbər verir ki, qonşu ölkənin imedinews.ge, interpressnews.ge, 24news.ge, aktual.ge, qafqazturk.com informasiya portalları, 1tv.ge televiziya kanalında Azərbaycan Prezidentinin çıxışından xəbərlər yayıblar.
Materiallarda dövlətimizin başçısının Avropa Komissiyasının Gürcüstanın daxili prosesinə münasibətinin tamamilə qəbuledilməz olması barədə fikirləri qeyd edilir və bildirilir ki, bu, müstəmləkəçilərin davranışıdır. Gürcüstan dövlətinin daxili işlərini Brüsseldən olan bürokratlar yox, gürcü xalqı həll etməlidir.
Eyni zamanda, mətbuatda Prezident İlham Əliyevin Azərbaycanın Gürcüstanın yanında olması, USAID-in Azərbaycandakı qanunsuz fəaliyyəti, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Özbəkistanda keçirilən sammitdə Orta Dəhliz, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədlərinin açılması barədə ədalətsiz fikirləri, Azərbaycanın və Gürcüstanın Avropa institutları ilə mehriban qonşuluq münasibətləri istəməsi, Gürcüstanın Baş nazirinin seçkilərdən sonra ilk dəfə Azərbaycana səfərinin əhəmiyyəti, Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin Azərbaycana gözlənilən səfərindən gözləntilər, Azərbaycan və gürcü xalqları arasındakı tarixi bağlantılar, Cənubi Qafqaz regionunun strateji baxımdan əhəmiyyətli bölgəyə çevrilməsi barədə tarixi fikirlərinə geniş yer verilib.
Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib
YAP və ÇKP nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Fərid Şəfiyev: Cənubi Qafqazda irəliləyişlə xarakterizə olunan yeni siyasi landşaft formalaşıb
Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri qərəzli məqaləyə cavab verib