Qərbi Azərbaycan İcmasının (QAİ) müraciəti BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.
“İki sahil” xəbər verir ki, bu barədə icmanın yaydığı məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, 1 mart 2025-ci il tarixdə Qərbi Azərbaycan İcması Qadınlar Şurasının təşkilatçılığı ilə onlayn formatda "Qaçqınlıq və Qadınlar" mövzusunda beynəlxalq konfrans keçirilib.
"8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilmiş konfransın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Qərbi azərbaycanlı qadınların etnik təmizləməyə məruz qalmaları və öz evlərinə qayıda bilməmələrindən irəli gələn hüquq pozuntularına cəlb etmək idi. Konfrans iştirakçıları adından beynəlxalq ictimaiyyətə müraciət qəbul edilmişdi. Sözügedən müraciət BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb. Sənədin BMT-nin ali orqanlarının rəsmi sənədi kimi yayılması Qərbi Azərbaycan məsələsi üzrə beynəlxalq məlumatlılığın artmasında mühüm rol oynayır", - İcmadan vurğulanıb.
Qeyd edilib ki, Qərbi Azərbaycan İcması geri qayıdış hüququnun təşviqi və bu müstəvidə humanitar məsələlərin işıqlandırılması istiqamətində səylərini davam etdirir.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir