Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
“İki sahil” xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Qoy Ramazan ayında görülmüş xeyirxah işlər və edilmiş dualar qəbul olunsun, bu bayram hər bir ailəyə xeyir-bərəkət gətirsin. Böyük Yaradanımız qəlblərimizi iman ruhu ilə işıqlandırsın, ölkələrimizə sülh, xalqlarımıza həmrəylik bəxş etsin.
Hörmətli İlham Heydər oğlu, yüksək dəyərləri aşılayan bu bayram münasibətilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq diləyirəm”.
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək