“Amerika Birləşmiş Ştatları Çinlə ticarət sazişi bağlamaq istəyir və onun razılaşa biləcəyinə əmindir”.
“İki sahil” xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp bildirib.
“Görək Çinlə işlər necə gedir. Biz razılaşmaq istərdik. Əminəm ki, biz əla anlaşacağıq. Mən Çin Xalq Respublikasının Sədri Si Cinpinə böyük hörmətlə yanaşıram, o, uzun müddətdir mənim dostumdur və inanıram ki, biz ölkələrimiz üçün yaxşı olacaq addımlar atacıq”, - deyə o qeyd edib.