18 aprel 2025 16:54
142

Vens Ukrayna münaqişəsinin həlli ilə bağlı nikbindir

ABŞ-ın vitse-prezidenti J.D.Vens hesab edir ki, Amerika tərəfi Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə danışıqların gedişi ilə bağlı nikbindir. Onun sözlərinə görə, bu istiqamətdə “bəzi hadisələr” hətta “son 24 saat ərzində” də baş verib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Kommersant" məlumat yayıb. 

Romada İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşdə Vens ona Rusiya və Ukrayna ilə danışıqlar və münaqişənin həlli ilə bağlı son xəbərlər barədə məlumat verəcəyini bildirib.

"Biz bu müharibəni bitirə biləcəyimizə həqiqətən nikbinik" - deyə, ABŞ vitse-prezidenti bildirib.