Parisdə səfirliyimizin Mədəniyyət Mərkəzində Azərbaycan və Türkiyə Arbitraj assosiasiyalarının təşkilatçılığı ilə “Beynəlxalq Arbitraj Həftəsi” çərçivəsində konfrans keçirilib.
“İki sahil” xəbər verir ki, konfransda Azərbaycan Arbitraj Assosiasiyasının sədri, Sorbonne Universitetinin hüquq üzrə professoru, Azərbaycan Respublikası Ali Məhkəməsi yanında elmi-məsləhət şurasının üzvü Kəmalə Mehdiyeva “Azərbaycanda arbitrajin inkişafı və onun regionda beynəlxalq arbitrajin inkishafında rolu” adlı məruzə ilə çıxış edib. O, cari ilin oktyabr ayının 24-ü və 25-də Azərbaycanda Arbitraj Günü keçirilməsi ilə bağlı elan verərək, tədbir iştirakçılarını ölkəmizə dəvət edib. K. Mehdiyeva Azərbaycan Arbitraj Günləri çərçivəsində Bakı Arbitraj Mərkəzinin açılacağını və bu mərkəzin regional rolu haqqında məlumat verib.
Almaniyadan olan Patrisia Nasiento çıxış edərək, bugünkü geosiyasi çətinliklər və iqlim dəyişiklikləri ilə bağlı məsələlərdən danışıb. Mürəkkəb geosiaysi şəraitdə arbitrajın vacibliyini, xüsusilə də ticari problemlərin həllində rolunu vurğulayıb.
O, beynəlxalq arbitrajda Azərbaycanın, Türkiyənin, eləcə də digər regional türkdlilli ölkələrin böyük rolundan danışıb. Bildirib ki, bu ölkələrdə arbitrajın inkişafı onların beynəlxalq arenada rolunu gücləndirir.
Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib
YAP və ÇKP nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Fərid Şəfiyev: Cənubi Qafqazda irəliləyişlə xarakterizə olunan yeni siyasi landşaft formalaşıb
Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri qərəzli məqaləyə cavab verib