SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Acwa Power” şirkətinin Azərbaycandakı nümayəndələri ilə görüşüb.
BANM-dən "İki sahil"ə bildirilib ki, tərəflər yaşıl iqtisadiyyata keçidin dəstəklənməsi və inkişafı üçün əməkdaşlıq mühitinin təşviqi sahəsində şirkətin təcrübəsini müzakirə ediblər. Bir sıra əməkdaşlıq sahələri üzrə memorandum imzalamaq barədə razılığa gəliblər.
Görüşdə “Acwa Power” şirkətinin müqavilələr və institusional əlaqələr üzrə meneceri Süleyman Babayev və Ətraf Mühit və Sosial Məsələlər üzrə meneceri Ceyhun Sultanov iştirak ediblər.
Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifəsinin tutulması üçün müsabiqə elan edir
“SOCAR Türkiyə” “GAMA Enerji”nin Həmdövrəli buxar-qaz turbin tipli Elektrik Stansiyasını satın alıb
Bakı Ali Neft Məktəbi ilə “Nobel Energy” şirkətlər qrupu arasında əməkdaşlıq imkanları müzakirə edilib