11 aprel 2025 14:22
187

Xaçmazda evi yararsız vəziyyətə düşən ailə üçün çadır qurulub - FOTO

Fövqəladə Hallar Nazirliyinə Xaçmaz rayonu, Tel kənd sakini Naibə İsayevaya məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Bu barədə FHN-in Mətbuat ximətindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən Tel kənd sakini N.İsayeva üçün müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

Aydın Adıgözəlov,
"Quba,"İki sahil" üçün