Azər Əliyev - SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya Texnologiyaları kafedrasının tam ştatlı müəllimidir.
2016-cı ildə 685 bal toplayaraq BANM-ın Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olub.
2023-cü ildə Amerikanın George Washington Universitetinin Kompüter elmləri və Data Analitikası ixtisasından məzun olub.
Hazırda Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-də (yarımştat olaraq) proqram təminatçısı (Software Developer) vəzifəsində çalışır.
BANM-da Data Strukturlar və Alqoritmlər, habelə C proqramlaşdırma dili fənlərini tədris edir.
Rəhbəri olduğu BHOS1 komandası ICPC 2025 Dünya Finalında ölkəmizi bu il təmsil edəcək!
Tələbəlik illərində:
Beynəlxalq ACM ICPC proqramlaşdırma yarışında 4 dəfə ölkəmizi təmsil edib.
“Tələbə və Gənc Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı”nda II yerə layiq görülüb.
Gənc müəllimlərimizə uğurlar arzulayır, onlarla qürur duyuruq!
Bakı Ali Neft Məktəbinin 30 tələbə və məzunu 2025-ci ildə bp-dən iş təklifi alıb