Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Antalya şəhərində keçirilən “Antalya Diplomatik Forumu” çərçivəsində Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, görüşdə hər iki qardaş ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.
***
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Yaşar Gülərlə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi "X" sosial media hesabında məlumat yayıb.
Görüş Antalya Diplomatik Forumu çərçivəsində baş tutub.